Mövqelərimiz atəşə tutuldu

Mövqelərimiz atəşə tutuldu
Gündəm 20 Mart 2025 20:45

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Sitat.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, martın 20-si saat 12:30-dan 15:15-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xanazax və Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.