İrəvan cavab verdi: ABŞ-ın texnika göndərməsi...

İrəvan cavab verdi: ABŞ-ın texnika göndərməsi...
Gündəm 20 Mart 2025 20:12

Rusiyanın sorğusuna cavab olaraq Ermənistan ABŞ hərbi texnikasının göndərilməsi ilə bağlı rəsmi müraciətlərin daxil olmadığını bildirib.

Sitat.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

“Biz bu məlumatları gördük və dərhal erməni həmkarlarımıza müraciət etdik. İlkin planda bizə məlumat verildi ki, Vaşinqtondan belə bir rəsmi müraciət daxil olmayıb”, - Zaxarova bildirib.

Qeyd edək ki, ABŞ-ın Almaniyadan hərbi texnikanı Ermənistandakı poliqona köçürmək istədiyi ilə bağlı məlumatlar yayılmışdı.