Bu, bizim üçün kifayətdir, lakin Rusiya üçün... - Zelenski

Bu, bizim üçün kifayətdir, lakin Rusiya üçün... - Zelenski
Gündəm 15 Mart 2025 21:56

30 günlük atəşkəs gələcək fəaliyyətlə bağlı razılaşma yolunda yalnız ilk addımdır. Bu, Ukrayna üçün kifayətdir, lakin Rusiya üçün kifayət edəcəyinə zəmanət yoxdur.

Sitat.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Bundan sonra nə olacağını söyləmək mənim üçün çətindir. Çünki bu, növbəti addımlar barədə razılığın əldə edilməli olduğu dövrdür. Əlavə edəcəyim heç nə yoxdur", - Zelenski bildirib.