Rusiya mühasirə üçün əlavə qüvvələr toplayır - Zelenski

Rusiya mühasirə üçün əlavə qüvvələr toplayır - Zelenski
Gündəm 15 Mart 2025 18:49

Rusiya Kursk vilayətindən daxil olmaq və Ukrayna ərazisindəki hərbi qüvvələrimizi mühasirəyə almaq üçün qüvvələr toplayır.

Sitat.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski brifinqdə bildirib.

O qeyd edib ki, Kursk vilayətində mühasirəyə alınmış ukraynalı hərbçilərlə bağlı deyilənlər Kreml rəhbəri Vladimir Putinin yalanıdır:

"Kursk vilayətinin ərazisində Ukrayna hərbçilərinin mühasirəsi yoxdur".