Azərbaycanda məktəblər bağlanır?

Azərbaycanda məktəblər bağlanır?
SOSİAL 03 Fevral 2022 14:04

Fevralın 15-dən Azərbaycanda fəaliyyət göstərən məktəblərin bağlanması iddia olunub. 

Bu barədə sosial şəbəkələrdə məlumatlar paylaşılıb. 

Bildirilib ki, buna səbəb ölkədə koronavirusa yoluxma hallarının artmasıdır. 

Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkə üzrə karantin vəziyyəti barədə qaydalar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir.