Kiyevi Moskva ilə sülh danışıqlarında onlar təmsil edəcək

Kiyevi Moskva ilə sülh danışıqlarında onlar təmsil edəcək
Gündəm 15 Mart 2025 18:39

Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanı Rusiya ilə sülh danışıqlarında təmsil edəcək hökumət üzvlərinin siyahısını təsdiqləyib.

Sitat.info xəbər verir ki, nümayəndə heyətinə Prezident Ofisinin rəhbəri Andrey Yermak rəhbərlik edəcək.

Nümayəndə heyətinə Prezident Ofisi rəhbərinin müavini Pavel Palisa, xarici işlər naziri Andrey Sibiqa, və müdafiə naziri Rüstəm Umerov daxil edilib.