Şəkidə əməliyyat: İH-in şöbə müdiri həbs edildi

Şəkidə əməliyyat: İH-in şöbə müdiri həbs edildi
Gündəm 13 Mart 2025 14:36

 

Şəkidə məmur saxlanılıb.

Sitat.info xəbər verir ki, Şəki şəhər İcra Hakimiyyətinin şöbə müdiri Tural Məmmədov dələduzluqda ittiham olunur.

Onun barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

T. Məmmədov şəhid ailələrinə qarşı dələduzluqda şübhəli bilinərək polis tərəfindən saxlanılıb. Barəsində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.