Ciddə görüşü: birinci raund başa çatdı

Ciddə görüşü: birinci raund başa çatdı
Gündəm 11 Mart 2025 18:00

Ukrayna və ABŞ nümayəndə heyətlərinin görüşü başlayıb.

Sitat.info xəbər verir ki, görüş Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilir.

Ukraynanı danışıqlarda Prezident Ofisinin rəhbəri Andrey Yermak, xarici işlər naziri Andrey Sibiqa və müdafiə naziri Rüstəm Umerov təmsil edir.

ABŞ nümayəndə heyətinə isə Dövlət katibi Marko Rubio rəhbərlik edir. Eyni zamanda, danışıqlarda milli təhlükəsizlik üzrə müşavir Mayk Uolts iştirak edir.