Yük gəmisi ilə tanker toqquşdu: yaralılar var

Yük gəmisi ilə tanker toqquşdu: yaralılar var
Gündəm 10 Mart 2025 21:00

Şimal dənizinin Böyük Britaniya sahillərində tanker və yük gəmisi toqquşub.

Sitat.info xəbər verir ki, bu barədə Britaniya Sahil Mühafizə Xidməti məlumat yayıb.

Məlumata görə, hadisə yerli vaxtlıa saat 09:48-də (Bakı vaxtı ilə 13:48) Kinqston-Apon-Hall şəhəri yaxınlığında baş verib.

Tankerdə yanğının başlanıldığı bildirilir.

Hadisə yerinə xilasedici qayıqlar və helikopterlər cəlb olunub.

Əlavə məlumat verilməyib.