Azərbaycana gələn xanımlar çiçəklə qarşılandı

Azərbaycana gələn xanımlar çiçəklə qarşılandı
Gündəm 08 Mart 2025 16:48

Azərbaycan gömrükçüləri 8 Mart - Beynəlxalq Qadınlar Günündə ölkəmizə təyyarə ilə gələn xanımlara xüsusi diqqət göstərib. 

Sitat.info xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, xanım sərnişinlərə Heydər Əliyev Beynəlxalq Aeroportunda çiçək təqdim olunub.