BMT helikopteri atəşə tutuldu: general və bir neçə hərbçi öldü

BMT helikopteri atəşə tutuldu: general və bir neçə hərbçi öldü
Gündəm 07 Mart 2025 19:19

Birləşmiş Millətlər Təşkilatına məxsus helikopter Sudanın Nasir şəhərində atəşə tutulub.

Sitat.info xəbər verir ki, bu barədə BMT-dən məlumat verilib.

Bildirilib ki, helikopter Sudan hərbçilərini təxliyə etməyə çalışarkən atəşə tutulub. Nəticədə bir ekipaj üzvü və bir general da daxil olmaqla bir neçə hərbçi ölüb.