Zelenski Makronla görüşdü

Zelenski Makronla görüşdü
Gündəm 06 Mart 2025 17:00

 

Ukrayna Prezidenti Vladimir Zelenski fransalı həmkarı Emmanuel Makronla görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna liderinin mətbuat katibi Sergey Nikiforov jurnalistlərə açıqlamasında deyib.

"Zelenski hazırda Fransa prezidenti Emmanuel Makronla görüş keçirir", - o bildirib.

Xatırladaq ki, martın 6-da Brüsseldə Avropa Birliyi ölkələri liderlərinin xüsusi sammiti keçirilir.