Bu, Naxçıvanın ehtiyacını 30 il qarşılayacaq - Ərdoğan

Bu, Naxçıvanın ehtiyacını 30 il qarşılayacaq - Ərdoğan
Gündəm 05 Mart 2025 18:40

İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın təbii qaz ehtiyacını 30 il qarşılayacaq.

Sitat.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 5-də Ankarada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, enerji sektoru "Bir millət, iki dövlət" şüarının əsas hissəsini təşkil edir:

"Azərbaycan təbii qazını Avropaya çatdırmağın sevincini yaşayırıq. Bu sahədə Azərbaycanla tam əməkdaşlıq içərisindəyik. Bu gün əməkdaşlığımıza yeni bir layihəni də daxil etməkdən məmnunuq. Yeni layihə Naxçıvanla birliyimizin rəmzi olacaq. Bu xətt Naxçıvanın təbii qaz ehtiyacını 30 il qarşılayacaq".