Əliyevlə Ərdoğan açılış mərasimində iştirak etdi

Əliyevlə Ərdoğan açılış mərasimində iştirak etdi
Gündəm 05 Mart 2025 18:40

Martın 5-də Ankarada İqdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimi keçirilib.

Sitat.info xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak ediblər.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mərasimdə çıxış etdilər.

Sonra videobağlantı formatında İqdır-Naxçıvan qaz kəmərinin açılışı oldu.