ABŞ Ukraynaya hərbi yardımı dayandırdı

ABŞ Ukraynaya hərbi yardımı dayandırdı
Dünya 04 Mart 2025 09:30

Ağ Ev Ukraynaya hərbi yardımın dayandırıldığını açıqlayıb.

Sitat.info xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"Prezident Donald Tramp diqqətini sülhə yönəltdiyini açıq şəkildə bildirdi. Biz tərəfdaşlarımızın da bu məqsədə sadiq qalmasına ehtiyac duyuruq. Rusiya-Ukrayna münaqişəsinin həllinə kömək etmək üçün yardımımızı dayandırırıq və nəzərdən keçiririk", - Ağ Ev nümayəndəsi bildirib.