Yüksək Liqa: “Murov Az Terminal” növbəti qələbəsini qazanıb

Yüksək Liqa: “Murov Az Terminal” növbəti qələbəsini qazanıb
Gündəm 01 Mart 2025 17:46

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII turun daha bir oyunu keçirilib.

Sitat.info xəbər verir ki turnir cədvəlinin lideri olan “Murov Az Terminal” növbəti qələbəsini qazanıb.

Komanda "Gənclər"i məğlub edib - 3:0 (25:10, 25:19, 25:17).

Qeyd edək ki, ötən gün turun açılış qarşılaşmasında "Neftçi" MOİK-dən üstün olub - 3:0.