"ABŞ meşə qanunları ilə hərəkət edən "quldur dövlət"ə çevrilir" - Şahin Cəfərli

\"ABŞ meşə qanunları ilə hərəkət edən \"quldur dövlət\"ə çevrilir\" - Şahin Cəfərli
Gündəm 01 Mart 2025 15:55

"Diplomatik etiket, nəzakət və qaydalara məhəl qoymayan, beynəlxalq hüququ tanımayan "ku klus klan"çılar Zelenskini bu vəziyyətə salmaq istədilər.

Alınmadığı üçün yenə həmin KKK ənənələrinə uyğun olaraq qonaq üzərində linç (mənəvi-psixoloji) təşkil etməyə çalışdılar. Zelenski o atmosferdə mümkün olduğu qədər məğrurluğunu qorudu".

Sitat.info xəbər verir ki, bu sözləri siyasi şərhçi Şahin Cəfərli deyib.

Onun sözlərinə görə, ABŞ meşə qanunları ilə hərəkət edən "quldur dövlət"ə çevrilir":

"Ərəb şeyxlərinin çuxasının ətəyini öpən adamların müharibə aparan ölkənin başçısının hərbi köynəyindən qıcıq duyub dress-kod söhbəti etməsi isə bu qanqster dəstəsinin hansı dəyərlər sisteminə bağlı olduğunu anlamağa imkan verir.

ABŞ meşə qanunları ilə hərəkət edən "quldur dövlət"ə çevrilir".

Aytac,

Sitat.info