Rusiyada hökumət binasına qumbara atıldı

Rusiyada hökumət binasına qumbara atıldı
Gündəm 27 Fevral 2025 15:55

Rusiyanın Samara vilayətində hökumət binasına qumbara atılıb.

Bu barədə Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev məlumat verib.

O bildirib ki, insident nəticəsində tələfat və xəsarət alan olmayıb.

Partlayış nəticəsində səki plitələrinə ziyan dəyib.

Qumbaranı atan şəxs saxlanılıb.

Hadisənin motivləri araşdırılır.