Azərbaycanlı müğənniyə Qarabağda vəzifə verildi

Azərbaycanlı müğənniyə Qarabağda vəzifə verildi
MƏDƏNİYYƏT 25 Fevral 2025 21:59

Estrada fakültəsinə rəhbər olaraq təyinatım verilib. Bu, Mədəniyyət və İncəsənət Universiteti deyil.

Sitat.info xəbər verir ki, bu sözləri müğənni Ayaz Qasımov "Qonaqcanlı" verilişində deyib.

"Hazırda bununla bağlı geniş açıqlama vermək istəmirəm. Çox yaxında biləcəksiniz. Qarabağda olacağam. Qarabağ çiçəklənir, gözəlləşir. Böyük məmnuniyyətlə bu təklifi qəbul etmişəm, ora gedəcəyəm və fəaliyyətimi bu istiqamətdə davam etdirəcəyəm", - o bildirib./Axşam.az