Güclü külək əsəcək – Sarı xəbərdarlıq

Güclü külək əsəcək – Sarı xəbərdarlıq
Gündəm 25 Fevral 2025 18:00

 

Fevralın 26-da Bakıda və Abşeron yarımadasında, 26-27-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Sitat.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Qax, Şəki, Zaqatala, Şahdağ, Xızı, Şamaxı, Şirvan, Qobustan, Ağsu, İsmayıllı, Oğuz, Mingəçevir, Yevlax, Bərdə, Kürdəmir, İmişli, Sabirabad, Hacıqabul, Salyan, Neftçala, Lənkəran, Lerik, Yardımlı, Gəncə, Goranboy, Daşkəsən, Gədəbəy, Göygöl, Kəlbəcər, Laçın, Zəngilanda şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.