Ukrayna ordusu Kurskdan geri çəkilməyə hazırlaşır - KİV

Ukrayna ordusu Kurskdan geri çəkilməyə hazırlaşır - KİV
Gündəm 25 Fevral 2025 17:48

Ukrayna ordusu Kursk vilayətinin ələ keçirilmiş ərazilərindən geri çəkilməyə hazırlaşır.

Sitat.info xəbər verir ki, bu barədə “RİA Novosti” güc strukturlarındakı mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, Rusiya ordusunun aktiv fəaliyyəti nəticəsində Ukrayna hərbçiləri ciddi logistik problemlərlə üzləşiblər.