Bunun qarşılığında atəşkəsi uzatmağa hazırıq - Saar

Bunun qarşılığında atəşkəsi uzatmağa hazırıq - Saar
Gündəm 24 Fevral 2025 19:10

Daha çox israilli girovun azad edilməsi qarşılığında Qəzzada atəşkəsi uzatmağa hazırıq.

Sitat.info xəbər verir ki, bunu İsrail xarici işlər naziri Gideon Saar bildirib.

"Girovlar azad edilmədən bu baş verməyəcək. Biz girovlarımızı azad etmək və Qəzza zolağındakı müharibədə qarşıya qoyduğumuz məqsədlərə nail olmaqla bağlı öhdəlik götürmüşük", - Saar qeyd edib.