Tramp Polşaya gəlir — Avropada yeni siyasi ssenari başlayır

Tramp Polşaya gəlir — Avropada yeni siyasi ssenari başlayır
Dünya 24 Fevral 2025 14:44

Polşa prezidenti Andjey Duda bildirib ki, ABŞ prezidenti Donald Tramp Varşavanın dəvətini qəbul edib və yaxın vaxtlarda Polşaya səfər edəcək.

“Tramp Polşanı ziyarət edəcəyini təsdiqlədi. Hazırda bu, texniki məsələdir — səfərin hansı mərhələdə baş verəcəyi dəqiqləşdirilməlidir: bu, ya "Üç Dəniz Təşəbbüsü" sammiti, ya da Haaqada keçiriləcək NATO sammiti ilə bağlı ola bilər,” — deyə Duda PAP agentliyinə açıqlamasında bildirib.

Trampın səfəri Avropadakı geosiyasi gərginlik fonunda mühüm əhəmiyyət daşıyır. Polşa və ABŞ-ın strateji tərəfdaşlığı çərçivəsində bu görüşün regional təhlükəsizlik və əməkdaşlıq məsələlərinin müzakirəsinə ciddi təsir edəcəyi gözlənilir./Musavat.com