Ramin Quliyevi baltaladılar

Ramin Quliyevi baltaladılar
KRİMİNAL 24 Fevral 2025 09:57

Sumqayıtda 46 yaşlı kişiyə balta ilə xəsarət yetirilib.

Sitat.info  APA-ya istinadın xəbər verir ki, hadisə şəhərin “Qurd dərəsi” bağları ərazisində qeydə alınıb.

1972-ci il təvəllüdlü Nağı Eyvaz oğlu Qasımov aralarında baş vermiş münaqişə zəminində 1979-cu il təvəllüdlü Ramin Bahadur oğlu Quliyevə balta ilə xəsarət yetirib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.