Oğuzda qəza: Maşın işıq dirəyinə çırpıldı

Oğuzda qəza: Maşın işıq dirəyinə çırpıldı
Gündəm 21 Fevral 2025 17:42

Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Sitat.info Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev küçəsində qeydə alınıb.

Qeyd olunub ki, şaxtalı havada sürüşən avtomobil işıq dirəyinə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.