Tramp münaqişəyə son qoymağa hazırdır - Uolts

Tramp münaqişəyə son qoymağa hazırdır - Uolts
Gündəm 20 Fevral 2025 19:00

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişəyə son qoymağa hazırdır. 

Sitat.info xəbər verir ki, bunu “Fox Nyus”a ABŞ liderinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts deyib.

"Prezident münaqişəyə son qoymağa sadiqdir. O, bunu dəfələrlə açıq şəkildə bəyan edib. ABŞ-ın əvvəlki administrasiyası münaqişəni həll etməyə hətta cəhd belə etməyib”, - deyə o bildirib.