Ukraynada seçki keçirməyin vaxtıdır- Trampdan ZELENSKİYƏ TƏZYİQ
ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Moskva ilə razılığa gələ biləcəklərini və Ukraynada seçkilərin keçirilməsinin vaxtının çatdığını bildirib.
Tramp uzun müddətdir Ukraynada seçkilərin keçirilmədiyinə işarə edib: "Seçki vaxtıdır. Uzun müddətdir seçki olmayıb. Seçki vaxtıdır, həm də bütün pulların (ABŞ-ın Ukraynaya verdiyi) taleyinin nə olduğunu öyrənmək vaxtıdır".
Ağ ev rəhbəri Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Moskva ilə danışıqların yaxşı getdiyini qeyd edib: "Rusiya ilə çox yaxşı gedirik. Zelenskinin edə bilmədiyi bir şeyi Rusiya ilə edəcəyik. Potensial olaraq daha milyonlarla insanın öldürülməsini dayandırmaq üçün Rusiya ilə müqavilə bağlaya bilərik".
Nigar,
Sitat.info