Pakistanın Baş naziri Azərbaycana gəlir

Pakistanın Baş naziri Azərbaycana gəlir
Gündəm 19 Fevral 2025 12:57

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana səfər edəcək.

“Sitat.info" xəbər verir ki, bunu Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani jurnalistlərə açıqlamasında deyib. 

 

Ötən il Azərbaycan Prezidenti Pakistana səfər etdi. Biz Azərbaycanla bir çox sahələrdə yaxından əməkdaşlıq edirik. Pakistan Baş naziri iki gün sonra Azərbaycana gələcək. Biz mədəni, dini, tarixi baxımdan bir-birimizə çox yaxınıq”, - deyə Gilani qeyd edib.