ABŞ-dan Rusiya ilə danışıqlardan sonra ilk açıqlama

ABŞ-dan Rusiya ilə danışıqlardan sonra ilk açıqlama
Gündəm 18 Fevral 2025 18:01

Rusiya və ABŞ ikitərəfli təmasları davam etdirmək üçün Moskva və Vaşinqtondakı səfirliklərindəki diplomatik personalın əvvəlki sayını bərpa etmək barədə razılığa gəlib.

Sitat.info xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Ər-Riyadda Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlardan sonra deyib.

“Bu əlaqələri davam etdirə bilmək üçün normal fəaliyyət göstərə bilən diplomatik nümayəndəliklərin fəal işləməsinə ehtiyacımız olacaq”, - o bildirib.