AB və Britaniya danışıqlar tərəfi ola bilməz - Rusiya

AB və Britaniya danışıqlar tərəfi ola bilməz - Rusiya
SİYASƏT 17 Fevral 2025 23:39

Avropa Birliyi və Böyük Britaniya razılığa gələ bilmir və Ukrayna böhranının həlli üçün gələcək razılaşmaların tərəfi ola bilməz.

Sitat.info  xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

“Bu gün biz bilirik ki, Minsk razılaşmasının qarantları, ümumiyyətlə, AB ölkələri və Böyük Britaniya qəti şəkildə razılığa gələ bilmir və Ukrayna böhranının həlli ilə bağlı gələcək razılaşmanın tərəfi ola bilməz", - Nebenzya BMT Təhlükəsizlik Şurasının iclasında qeyd edib./ Axar.az