ABŞ-la danışıqlar ikitərəfli olacaq - Uşakov

ABŞ-la danışıqlar ikitərəfli olacaq - Uşakov
Gündəm 17 Fevral 2025 20:00

Ər-Riyadda Rusiya və ABŞ arasında danışıqlar ikitərəfli olacaq.

Sitat.info xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.

Uşakov Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyevin də danışıqlara qoşula biləcəyini söyləyib.

Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bu gün Vladimir Putinin tapşırığı ilə Ər-Riyada yollanıblar.