Tramp bu agentlikdə 400 işçini qovdu

Tramp bu agentlikdə 400 işçini qovdu
Gündəm 15 Fevral 2025 17:50

ABŞ-da Tramp administrasiyası, ölkənin Energetika Nazirliyində aparılan ixtisarlar çərçivəsində Milli Nüvə Təhlükəsizliyi İdarəsinin (NNSA) 300-400 əməkdaşını işdən çıxarıb.

Sitat.info xəbər verir ki, bu barədə “Blumberq” mənbələrə istinadən məlumat yayıb.

İşdən çıxarılanlar arasında nüvə silahlarının istehsal edildiyi obyektlərdə çalışan, podratçıların fəaliyyətinə nəzarət edən və silahlanmanı yoxlayan mütəxəssislər var.

Həmçinin, istehsalçılar üçün tələblər və təlimatlar hazırlayan mərkəzi ofis əməkdaşları da ixtisara düşüb.