Azərbaycan və Rusiya XİN başçıları arasında görüş olub
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş olub.
Sitat.info xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova teleqramda yazıb.
Məlumata görə, görüş Tacikistanın paytaxtı Düşənbədə MDB XİN başçıları Şurası çərçivəsində baş tutub.
