UEFA 9 klubumuza ödəniş etdi: "Qarabağ" yoxdur...

UEFA 9 klubumuza ödəniş etdi: \"Qarabağ\" yoxdur...
İdman 12 Fevral 2025 20:48

UEFA “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində “Qarabağ”dan başqa 9 Azərbaycan klubuna ödəniş edib.

Sitat.info xəbər verir ki, 2023/2024-cü illər mövsümü üçün ayrılmış 1.955.000 avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb.

“Neftçi”, “Səbail”, “Qəbələ”, “Sumqayıt”, “Sabah”, “Araz-Naxçıvan”, “Zirə”, “Turan Tovuz” və “Kəpəz” klublarının hər birinə 217.222.22 avro çatıb.