Tramp Avropa siyasi elitasının fikirini dəyişəcək – Orban

Tramp Avropa siyasi elitasının fikirini dəyişəcək – Orban
Gündəm 12 Fevral 2025 19:24

Donald Trampın ABŞ prezidenti kimi fəaliyyəti Ukrayna münaqişəsi də daxil olmaqla bir çox sahələrdə Avropa siyasi elitasının fikirini dəyişəcək.

Sitat.info xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

O bildirib ki, Tramp artıq müharibənin pis, sülhün isə yaxşı olduğunu göstərib:

“Hamı sülh istəyir. Yeni administrasiya həm Amerikada, həm də Avropada miqrasiya, “yaşıl sövdələşmə”, xristianlıq, ailələrin qorunması və söz azadlığı kimi məsələlərə münasibətin dəyişməsinə kömək edəcək”.