Arxalanacağımız dostlara malik olmaq çox vacibdir - Prezident

Arxalanacağımız dostlara malik olmaq çox vacibdir - Prezident
Gündəm 12 Fevral 2025 17:58

Tərəfdaşlığımızın mühüm sahəsi beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdir.

Sitat.info xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev somalili həmkarı Həsən Şeyx Mahmud ilə mətbuata bəyanatında deyib.

Dövlətimizin başçısı qeyd edib:

“Biz BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birimizə dəstəyi birmənalı olaraq davam etdirəcəyik. Çünki hər iki ölkə üçün arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir”.