Makron villasını satır

Makron villasını satır
Gündəm 11 Fevral 2025 19:24

Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Pa-de-Kale bölgəsindəki villalarını satmağa hazırlaşırlar.

Sitat.info xəbər verir ki, bu barədə “Fiqaro” nəşri məlumat yayıb.

“Yelisey Sarayından bunun cütlüyün şəxsi məsələsi olduğu bildirilib. Amma bəzi daşınmaz əmlak agentləri deyirlər ki, villanın yerləşdiyi Tuka şəhərində hər kəs bu satışdan xəbərdardır”, - nəşr bildirib.