ABŞ hərbçilərini Ukraynaya göndərəcək

ABŞ hərbçilərini Ukraynaya göndərəcək
SİYASƏT 03 Fevral 2022 09:06

ABŞ-ın Müdafiə Nazirliyi ölkə hərbçilərindən ibarət əlavə qrupun Şərqi Avropa ölkələrinə göndərilməsini şərh edib.

Oxu.az-ın xəbərinə görə, Pentaqondan bildirilib ki, bu, NATO-nun şərq cinahının möhkəmləndirilməsi məqsədi daşıyır.

Qurumdan ABŞ hərbçilərinin Ukraynaya göndəriləcəyi də istisna edilməyib.

Qeyd olunub ki, ABŞ əsgərləri “təxliyə prosesinə yardım etmək üçün” bu ölkəyə göndərilə bilər.