"Qalatasaray" Frankovskini də transfer etdi

\"Qalatasaray\" Frankovskini də transfer etdi
İdman 10 Fevral 2025 19:36

Türkiyənin "Qalatasaray" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Sitat.info klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Fransanın "Lans" komandasından polşalı yarımmüdafiəçi Pşemıslav Frankovskini icarəyə götürüb. 30 yaşlı oyunçu ilə müqavilənin detalları açıqlanmayıb.

Təcrübəli futbolçu "Qalatasaray"la sözləşmə imzalamaq üçün İstanbula gəlir.

Qeyd edək ki, daha öncə Mario Lemina “Qalatasaray”a transfer olub.