İsveçdə məktəbə atışma: Ölənlərin sayı 11-ə çatıb
İsveçdə məktəbə hücum nəticəsində ölənlərin sayı 11-ə çatıb.
Baş nazir Ulf Kristersson paytaxt Stokholmdan 200 kilometr qərbdə yerləşən Örebrodakı məktəbə hücumu "İsveç tarixindəki ən dəhşətli kütləvi atışma" adlandırıb.
Polis, şübhəlinin öldürülənlər arasında olduğunu və onun təkbaşına hərəkət etdiyi ehtimalını açıqlayıb. Hücumun motivinin hələ də bəlli olmadığını bildirib.
Nigar,
Sitat.info