Rusiyanın Sumiyə aviazərbəsi nəticəsində 4 nəfər ölüb - Ukrayna
Rusiya ordusunun Ukraynanın Sumı şəhərinə endirdiyi hava zərbəsi nəticəsində 4 nəfərin öldüyü, 9 nəfərin yaralandığı açıqlanıb.
Hücum şəhərdə 10 mərtəbəli yaşayış binasına təşkil edilib, nəticədə 4 nəfər ölüb, 9 nəfər yaralanıb.
Ukrayna prezidenti Vladimir Zelenski Telegram hesabında paylaşdığı açıqlamada Rusiyanın Sumiyə hücumuna reaksiya verib.
Hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edən Zelenski hücumu dəhşətli faciə kimi qiymətləndirib.
"Dünya bu terrora görə Rusiyaya təzyiq etməkdən çəkinməməlidir. Mən Ukraynanı və ukraynalıları dəstəkləyən bütün liderlərə minnətdaram", - Zelenski mesajında bildirib.
Nərgiz,
Sitat.info