Kliçkodan Zelenskiyə: Ətrafınız siyasi intriqa ilə məşğuldur!

Kliçkodan Zelenskiyə: Ətrafınız siyasi intriqa ilə məşğuldur!
Dünya 29 Yanvar 2025 18:35

 

Zelenskinin ətrafı şəhərdə güc balansını pozmağa və yerli özünüidarəni məhv etməyə çalışır.

Sitat.info xəbər verir ki, bunu Kiyevin meri Vitali Kliçko Ukrayna Prezidenti Vladimir Zelenskiyə müraciəti zamanı deyib.

"Ətrafınızdakı insanlar siyasi intriqa ilə məşğuldur. Və bu proseslər kritik xarakter alır", - mer bildirib. 

Onun sözlərinə görə, Kiyev şəhər Hərbi Administrasiyasının yeni rəhbəri Timur Tkaçenko infrastrukturun bərpasına mane olur, eyni zamanda merin səlahiyyətlərini öz üzərinə götürməyə çalışır.