Sumqayıtda 2 uşaq anası qətlə yetirildi

Sumqayıtda 2 uşaq anası qətlə yetirildi
KRİMİNAL 29 Yanvar 2025 09:46

Sumqayıtda qətl hadisəsi baş verib.

Sitat.info xəbər verir ki, hadisə şəhərin 12-ci mikrorayon adlanan ərazisində qeydə alınıb.

32 yaşlı Səbinə Babışova səhər saatlarında bıçaqla qətlə yetirilib. Hadisəyə görə əri Ağababa Babışov şübhəli bilinir.

Cütlüyün iki azyaşlı övladı var.

Faktla bağlı araşdırma aparılır.