İbrahim Rəisinin xanımı işdən çıxarıldı

İbrahim Rəisinin xanımı işdən çıxarıldı
SİYASƏT 28 Yanvar 2025 13:31

İranın keçmiş prezidenti İbrahim Rəisinin xanımı Cəmilə Ələmulhuda Təlim və Təhsil Qərargahının rəhbəri vəzifəsindən uzaqlaşdırılıb. 

Sitat.info xəbər verir ki, bu barədə məlumatı “Azad İran” teleqram kanalı yayıb. 

Bildirilib ki, ölkənin Ali Mədəni İnqilab Şurasının katibi Əbdülhüseyn Xosrov Pənah həmin vəzifəyə Seyidcəlal Musəvi Xətirini təyin edib.

Bununla belə, istefanın səbəbi qeyd olunmayıb.

Səid,

Sitat.info