İsrail Tulkarmda antiterror əməliyyatına başladı

İsrail Tulkarmda antiterror əməliyyatına başladı
Gündəm 27 Yanvar 2025 21:00

İsrail Müdafiə Qüvvələri İordan çayının qərb sahilinin şimal hissəsindəki Tulkarm şəhərində antiterror əməliyyatına başladığını elan edib.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bu haqda İsrail ordusu məlumat yayıb.

“Bir müddət əvvəl Yəhudeya və Samariyada terrorla mübarizə tədbirləri çərçivəsində İsrail Müdafiə Qüvvələri və İsrail Sərhəd Polisi qüvvələri Tulkarmda antiterror əməliyyatına başlayıblar”, - deyə məlumatda bildirilir.