Peskov: "Rusiya ABŞ-la təmaslara hazırdır, lakin Vaşinqton..."

Peskov: \"Rusiya ABŞ-la təmaslara hazırdır, lakin Vaşinqton...\"
SİYASƏT 27 Yanvar 2025 13:50

Rusiya ABŞ-la prezidentlər Vladimir Putin və Donald Tramp səviyyəsində təmaslara hazır olaraq qalır, lakin Vaşinqtondan müvafiq sorğular daxil olmayıb.

Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov brifinqdə məlumat verib.

"Hələlik biz amerikalılardan heç bir siqnal almamışıq", - Kreml nümayəndəsi bildirib.

"Ona görə də biz, necə deyərlər, öz cədvəlimizə uyğun işləyirik və hazırlığımız qorunub saxlanılır. Amerika tərəfində də eyni hazırlıq gedir. Görünür, müəyyən vaxt tələb olunur".

Aytac,

Sitat.info