Trampın Putinə çevrildiyi suvenir dollarlar satışa çıxarıldı - Foto

Trampın Putinə çevrildiyi suvenir dollarlar satışa çıxarıldı - Foto
Gündəm 25 Yanvar 2025 14:41

Rusiyanın bazarlarında ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinin təsvir olunduğu suvenir dollarlar satışa çıxarılıb.

Sitat.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Pul əskinaslarının bir tərəfində Tramp təsvir olunub. Satıcının sözlərinə görə, əgər bu tərəfə ultrabənövşəyi şüalar düşərsə, Putinin portreti görünəcək.

Suvenirin arxa tərəfində ABŞ prezidentinin Pensilvaniyada mitinq zamanı, sui-qəsddən sonra səhnəni tərk etdiyi fotosu var. Satıcının sözlərinə görə, əgər həmin görüntüyə də ultrabənövşəyi şüalar düşərsə, tribun arxasında dayanan Rusiya liderinin təsviri görünəcək. /Bakupost

Trampın Putinə çevrildiyi suvenir dollarlar satışa çıxarıldı - Foto