Dağlıq rayonlara qar yağacaq - XƏBƏRDARLIQ

Dağlıq rayonlara qar yağacaq - XƏBƏRDARLIQ
SOSİAL 25 Yanvar 2025 14:13

Azərbaycanın rayonlarında yanvarın 26-dan 27-si gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yağıntının əsasən şərq rayonlarında (Lənkəran-Astara, Mərkəzi Aran) intensivləşəcəyi ehtimal olunur.