Bakıda küçədə kişi meyiti tapıldı

Bakıda küçədə kişi meyiti tapıldı
KRİMİNAL 24 Yanvar 2025 14:11

Bakıda kişi küçədə ölüb.

Sitat.info  Lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

65 yaşlı Tahir Məmməd oğlu Ələkbərov küçədə qəfil dünyasını dəyişib. Onun tüfeyli həyat tərzi keçirdiyi və xəstəlikdən öldüyü bildirilir.

T. Ələkbərovun meyiti yoldan keçən sakinlər tərəfindən tapılıb.

Faktla bağlı araşdırma aparılır.