Bakıda moped oğurlandı

Bakıda moped oğurlandı
KRİMİNAL 24 Yanvar 2025 12:32

Nəsimi rayonu ərazisində bir nəfərə məxsus mopedin oğurlanması barədə polisə məlumat daxil olub.

Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 23 yaşlı İ.Səfixanlı və 26 yaşlı O.Qarayev saxlanılıb. Onların əlavə olaraq “Tufan” markalı motosiklet qaçırmaları da müəyyən olunub.

Araşdırma aparılır.